Bakı 25˚C Sunny

Türkiyədə avtobus qəzasında ölənlər və yaralananlar var

Hadisə 07:46 07 yan, 2023
Türkiyədə avtobus qəzasında ölənlər və yaralananlar var

Türkiyədə insan tələfatı ilə nəticələnən avtobus qəzası baş verib.

Qazet.az-ın DHA-ya istinadla xəbərinə görə, gecə saatlarında Diyarbəkir-İqdır reysi ilə hərəkət edən avtobusun sürücüsü idarəetməni itirib. Nəticədə avtobus çevrilib.

Hadisə nəticəsində biri uşaq olmaqla 5 sərnişin ölüb, 22 nəfər xəsarət alıb.

Avtobusunun sürücüləri saxlanılıb.