Türkiyədə avtobus qəzaya düşdü: 1 ölü, 19 yaralı
Gündəm
13:19 14 dek, 2021
Qəza zamanı 1 nəfər ölüb, 19 nəfər yaralanıb

Türkiyənin Amasiya şəhərində sərnişin avtobusu qəzaya uğrayıb.
Qazet.az xəbər verir ki, Tokatdan Ankaraya gedən avtobus sürücünün idarəetməni itirməsi nəticəsində Amasiya-Çorum avtomobil yolunun Tigem qovşağında aşıb.
Qəza zamanı 1 nəfər ölüb, 19 nəfər yaralanıb.
Faktla bağlı araşdırma aparılır.