Türkiyədə azərbaycanlı polisdən qaçarkən ayağını sındırdı - FOTO
Cəmiyyət
15:27 12 noy, 2021
Aynur adlı şəxs yıxılaraq bazu sümüyünü sındırıb
Türkiyədə azərbaycanlı qadın polisdən qaçarkən ayağını sındırıb.
Qazet.az xəbər verir ki, həmin qadının Trabzonda bir evdə fahişəliklə məşğul olunması ilə bağlı polisə məlumat daxil olub.
Hüquq-mühafizə işçiləri hadisə yerinə gələn zaman evdə olan iki azərbaycanlı qadın - 24 yaşlı Aynur E. və 23 yaşlı Aytac M. 1-ci mərtəbənin balkonundan qaçmağa çalışıblar.
Bu zaman Aynur E. yıxılaraq bazu sümüyünü sındırıb. O, xəstəxanaya yerləşdirilib.
Hər iki qadının ifadələri alındıqdan sonra deportasiya ediləcəkləri bildirilib.
Mənbə: Sabah