Türkiyədə benzinin qiyməti qalxdı
Biznes
13:56 26 okt, 2021
Türkiyədə gecə yarısından etibarən benzin qiymətləri artıb

Türkiyədə benzinin qiymətində artım olub.
Qazet.az xəbər verir ki, bu gecə yarısından etibarən Türkiyədə benzinin 1 litr satış qiymətinin 28 qəpik (kuruş) artacaq.
Enerji Neft Qaz Təchizatı Stansiyaları İşəgötürənlər Həmkarlar İttifaqının (EPGİS) verdiyi açıqlamaya görə, hələ dizel və digər yanacaqlar üçün yeni qiymət artımı qərarı yoxdur.