Bakı 2˚C Showers

Türkiyədə dəvə və eşşəklə antikovid nümayişi keçirildi – VİDEO

Gündəm 11:47 13 dek, 2021

Etirazçılar arasında nəqliyyat vasitəsi kimi uzunqulaqdan istifadə edən də olub

Türkiyədə dəvə və eşşəklə antikovid nümayişi keçirildi – <span style="color:red">VİDEO</span>

İstanbulun Bəyoğlu rayonunda antikovid tədbirlərinə qarşı aksiya keçirilib.

Qazet.az xəbər verir ki, aksiya iştirakçıları koronavirusa qarşı peyvənd, maska, QR kod kimi məhdudlaşdırıcı tədbirlərə etiraz ediblər.

Onlar həmçinin PCR teslərlə səyahət azadlıqlarının məhdudlaşdırıldığını bildiriblər.

Etirazçıların adından Erkan Trükten mətbuata açıqlama verib. O, məhdudiyyətlər səbəbindən şəhərlər arasında adi nəqliyyatla səyahət edə bilmədiklərini və bu məqsədlə dəvələrdən istifadə edəcəklərini diqqətə çatdırıb.

Etirazçılar arasında nəqliyyat vasitəsi kimi uzunqulaqdan istifadə edən də olub.