Türkiyədə dinamitlə dolu konteyner dənizə düşdü
Gündəm
23:23 04 dek, 2021
Bölgədəki digər gəmilərə bu barədə xəbərdarlıq edilib

Türkiyənin Hatay vilayətində İsgəndərun körfəzində dinamit yüklü konteyner dənizə düşüb.
Qazet.az xəbər verir ki, bu barədə Hatay Sahil Təhlükəsizliyi Baş İdarəsi məlumat yayıb.
Məlumata görə, bölgədəki digər gəmilərə bu barədə xəbərdarlıq edilib.
Ehtiyat tədbirləri üçün Sahil Mühafizəsi və Liman İdarəsindən bir qrup bölgəyə təyin edilib.