Türkiyədə ən əhəmiyyətli göllərdən biri buz bağladı
Hadisə
03:21 10 yan, 2023
Türkiyədə Afyonkarahisar şəhərinin Bolvadin rayonunda havanın temperaturu sıfır dərəcədən aşağı düşüb.
Nəticədə bölgədə yerləşən və ən əhəmiyyətli göllərdən sayılan Eber gölü buz bağlayıb.
Temperaturun mənfi 4 dərəcəyə çatdığı bölgədə donmuş göl maraqlı mənzərələr yaradıb. Qayıqlar gölün kənarında hərəkətsiz qalıb. Buz bağlayan hissələr isə gözəl görüntülər əmələ gətirib.
Lakin gölün donması problemlərə də səbəb olub. Belə ki, buna ən çox üzülənlər qamış yığaraq dolanışığını təmin edən vətəndaşlar olub.