Türkiyədə fabrikdə partlayış olub - VİDEO
Gündəm
14:05 23 dek, 2021
Partlayış səhər saatlarında baş verib

Türkiyənin Osmaniye bölgəsində təkrar emal fabrikində partlayış olub.
Qazet.az xəbər verir ki, ilkin məlumata görə, baş verən partlayışda 6 nəfər yaralanıb.
Məlumata görə, partlayış səhər saatlarında Osmaniye Mütəşəkkil Sənaye Bölgəsində fəaliyyət göstərən təkrar emal fabrikində naməlum səbəbdən baş verib.
Yaralı işçilər Osmaniye Dövlət Xəstəxanasına aparılıb. Partlayışın başvermə səbəbləri araşdırılır.