Bakı 18˚C Windy

Türkiyədə Gülən şəbəkəsinə qarşı yeni əməliyyat - 158 hərbçinin saxlanılması əmr olundu

Gündəm 17:28 19 okt, 2021

Türkiyə hökuməti Fətullah Gülən şəbəkəsi ilə əlbir olduğu şübhəli bilinən hərbçilərin saxlanılmasını əmr edib

Türkiyədə Gülən şəbəkəsinə qarşı yeni əməliyyat -<span style="color:red"> 158 hərbçinin saxlanılması əmr olundu</span>

Türkiyə hökuməti 2016-cı ildə uğursuz çevrilişə cəhdlə bağlı 158 hərbçinin saxlanılması əmrini verib.

Qazet.az xəbər verir ki, bu barədə Türkiyənin Anadolu Agentliyi məlumat paylaşıb.

Türkiyənin 41 əyalətində aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 97 şübhəli şəxs artıq saxlanılıb.

Əsgərlərin də daxil olduğu siyahıda hərbçilərin Fətullah Gülən şəbəkəsi ilə əlbir olduğu şübhəli bilinir.