Bakı 30˚C Mostly cloudy

Türkiyədə hotelin damı uçdu, 10 nəfər yaralandı

Xəbərlər 22:15 07 yan, 2023
Türkiyədə hotelin damı uçdu, 10 nəfər yaralandı

Türkiyənin şimalındakı Sarıkamış şəhərində hotelin damının uçması nəticəsində azı 10 nəfər xəstəxanaya yerləşdirilib.

Qazet.az xəbər verir ki, bu barədə "CNN Türk" yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Sarıkamışın yerləşdiyi Qars vilayətinin qubernatoru Türker Oksyüz deyib ki, yaralananların həyatı üçün təhlükə yoxdur.

Hadisə yerində xilasedicilər işləyir.

Qeyd edək ki, hadisə Birinci Dünya Müharibəsi zamanı Sarıkamış döyüşünün 108-ci ildönümünə həsr olunmuş kütləvi tədbir zamanı baş verib.