Bakı 14˚C Mostly cloudy

Türkiyədə hotelin damının uçması nəticəsində xəsarət alanların sayı 32-ə çatıb - YENİLƏNİB

Xəbərlər 00:29 08 yan, 2023
Türkiyədə hotelin damının uçması nəticəsində xəsarət alanların sayı 32-ə çatıb - YENİLƏNİB

Türkiyədə hotelin damının uçması nəticəsində xəsarət alanların sayı 32-ə çatıb.

Qazet.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir deyib ki, 23 nəfərə yerində tibbi yardım göstərilib, 9 nəfər xəstəxanaya yerləşdirilib.

***

Türkiyənin şimalındakı Sarıkamış şəhərində hotelin damının uçması nəticəsində azı 10 nəfər xəstəxanaya yerləşdirilib.

Qazet.az xəbər verir ki, bu barədə "CNN Türk" yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Sarıkamışın yerləşdiyi Qars vilayətinin qubernatoru Türker Oksyüz deyib ki, yaralananların həyatı üçün təhlükə yoxdur.

Hadisə yerində xilasedicilər işləyir.

Qeyd edək ki, hadisə Birinci Dünya Müharibəsi zamanı Sarıkamış döyüşünün 108-ci ildönümünə həsr olunmuş kütləvi tədbir zamanı baş verib.