Bakı 2˚C Partly sunny

Türkiyədə inflyasiya səviyyəsi açıqlandı

Gündəm 14:30 03 yan, 2023
Türkiyədə inflyasiya səviyyəsi açıqlandı

Türkiyədə istehlak qiymətləri indeksi 2022-ci ildə illik ifadədə 64,27% təşkil edib.

Qazet.az xəbər verir ki, bu barədə Türkiyə Statistika İnstitutu məlumat verib.

Ötən ilin dekabrında aylıq qiymət artımında bir qədər yavaşıma müşahidə olunub və 1,18% təşkil edib.

Qeyd edək ki, rəsmi məlumatların açıqlanmasından əvvəl bir sıra türkiyəli ekspertlər və özəl statistik qurumlar inflyasiyanın illik ifadədə 66-80% səviyyəsində olacağını proqnozlaşdırırdılar.