Bakı 6˚C Intermittent clouds

Türkiyədə KRİTİK DURUM: Ankara-İstanbul yolu bağlandı

Gündəm 11:18 24 yan, 2022

Sinoptiklər yaxın günlərdə havanın daha da pisləşə biləcəyi barədə xəbərdarlıq edirlər

Türkiyədə KRİTİK DURUM: <span style="color:red">Ankara-İstanbul yolu bağlandı</span>

Ankara ilə İstanbulu birləşdirən pullu avtomobil yolunun bir hissəsi hava şəraitinin pisləşməsi ilə əlaqədar bağlanıb.

Qazet.az "TRT Haber"ə istinadla xəbər verir ki, müvafiq qurumlar sürücülərin pulsuz, eləcə də Düzce-Gerede qəsəbələri arasında pullu yolun hissəsindən istifadəni qadağan edib.

Xatırladaq ki, Türkiyənin bir sıra bölgələrini, o cümlədən İstanbul və Ankaranı qar fırtınası cənginə alıb, bu da yollarda qəzaların sayının artmasına səbəb olub.

Sinoptiklər yaxın günlərdə havanın daha da pisləşə biləcəyi barədə xəbərdarlıq edirlər.