Türkiyədə meşələri yandırmaq istəyən terrorçu saxlanıldı
Xəbərlər
08:32 29 avq, 2022
Türkiyənin Antalya vilayətində meşələri yandırmağa çalışan PKK terrorçusu saxlanılıb.
Qazet.az xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, şübhəli şəxs PKK terror təşkilatının fəaliyyətinin aşkarlanması və qarşısının alınması istiqamətində aparılan araşdırma nəticəsində ələ keçirilib.
Türkiyənin Kayseri vilayətindən Antalyaya gələn terrorçunun üzərində sulfat turşusu və Antalyanın xəritəsi aşkarlanıb.
Polisə ifadə verən Ahmet K. Suriyada terror fəaliyyətlərində iştirak etdiyini və kod adı “Devran-Rojhat” olan terrorçudan Antalyada meşələrin yandırılması ilə bağlı təlimat aldığını etiraf edib.