Bakı 16˚C Partly sunny w/ showers

Türkiyədə mikroavtobus qəzaya uğrayıb, yaralananlar var

Cəmiyyət 00:33 16 sen, 2021

Qəza ilə bağlı araşdırmalara başlanılıb.

Türkiyədə mikroavtobus qəzaya uğrayıb, yaralananlar var

Türkiyədə bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.

Qazet.az xəbər verir ki, bu barədə "Habertürk" məlumat yayıb.

Məlumata görə, hadisə Mardin şəhərində qeydə alınıb. Midyat-İdil magistral yolunda mikroavtobusun idarəetmədən çıxması nəticəsində 10 nəfər yaralanıb. Qəzanın baş verdiyi əraziyə yol polisi, təcili yardım və xilasedicilər cəlb edilib.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.