Bakı 13˚C Mostly cloudy

Türkiyədə neçə qazi müalicə alır?

Cəmiyyət 14:01 24 iyn, 2022

Müalicə alanlardan 148-i ölkəyə geri qayıdıb

Türkiyədə neçə qazi müalicə alır?

"Bu günə qədər “YAŞAT” Fondu 176 şəxsi Türkiyəyə müalicəyə göndərib, onlardan 171-i ağır yaralı, 5-i isə şəhid ailəsi üzvüdür".

Qazet.az xəbər verir ki, bunu “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov deyib.

Onun sözlərinə görə, müalicə alanlardan 148-i ölkəyə geri qayıdıb. O qeyd edib ki, hazırda 26 ağır yaralının və 2 şəhid ailəsi üzvünün müalicəsi Türkiyədə davam edir.