Bakı 22˚C Thunderstorms

Türkiyədə silahlı hücum zamanı 5 nəfər yaralanıb

Gündəm 11:09 23 okt, 2021

Türkiyədə silahlı insident olub

Türkiyədə silahlı hücum zamanı 5 nəfər yaralanıb

Türkiyədə silahlı insident olub.

Qazet.az bu barədə “Habertürk”ə istinadən xəbər verir.

Qeyd edilir ki, hadisə İstanbulda qeydə alınıb. Bəyoğlu rayonunda restorana avtomobillə gələn silahlı şəxs və ya şəxslərin açdığı atəş nəticəsində 5 nəfər yaralanıb. Hadisəni törədən şəxs (və ya şəxslər-red) ərazidən uzaqlaşıb.

Əraziyə polis əməkdaşları və təcili yardım cəlb olunub. Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyəti ağırdır.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.