Türkiyədə zəlzələ oldu
Xəbərlər
01:11 17 sen, 2022
Türkiyədə zəlzələ olub.
Qazet.az xəbər verir ki, bu barədə məlumat yayan ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) bildirilib ki, zəlzələ 4,9 bal gücündə qeydə alınıb.
Yeraltı təkanların episentri Ərzurumun Çat rayonunda yerləşib.
Zəlzələ ətraf əyalətlərdə də hiss olunub. Dağıntı və ya tələfat barədə hələlik məlumat yoxdur.