Türkiyədəki suriyalıların sayı açıqlanıb
Gündəm
05:33 03 yan, 2023
Türkiyədə 3 milyon 535 min 898 suriyalı yaşayır.
Qazet.az “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə ölkənin Miqrasiya İdarəsi məlumat yayıb.
Bildirilib ki, ötən il 58 758 suriyalı ölkələrinin şimalında yaradılan təhlükəsiz bölgəyə yerləşdiriliblər. Bundan başqa, indiyədək 539 332 suriyalı könüllü şəkildə vətəninə qayıdıb.
Eyni zamanda, idarə keçən il 124 441 qanunsuz miqrantın ölkədən xaric edildiyini açıqlayıb. Bu göstəricinin daha öncəki illə müqayisədə 161 % artdığı vurğulanıb.