Türkiyədən sərt cavab: Bizə qarşı əsassız ittihamlara son qoyun!
Gündəm
22:26 16 okt, 2022
Yunan yalan xəbər maşını yenə dövriyyədədir. Türkiyəni özləri ilə qarışdıran yunan nazir paylaşdığı əsassız məlumatlarla ölkəmizi şübhə altında qoymağa çalışır.
Qazet.az xəbər verir ki, bu sözləri bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəisi Fəxrəddin Altun deyib.
"Yunanıstanı qaçqınlara qarşı qeyri-insani münasibətindən bir an əvvəl əl çəkməyə, Türkiyəyə qarşı əsassız ittihamlara son qoymağa, dövlət ciddiliyinə dəvət edirik", - deyə o bildirib.
Qeyd edək ki, yunan nazir Notis Mitaraçi miqrantlarla bağlı Türkiyəyə qarşı əsassız məlumatlar paylaşmışdı.
Qaynaq