Bakı 13˚C Mostly sunny

Türkiyədən terrorçulara ağır zərbə: 831-i məhv edildi

Gündəm 17:00 20 noy, 2021

Son 7 ayda 831 terrorçu zərərsizləşdirilib

Türkiyədən terrorçulara ağır zərbə:<span style="color:red"> 831-i məhv edildi</span>

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında keçirdiyi “Pəncə-Şimşək” və “Pəncə-İldırım” antiterror əməliyyatları çərçivəsində son 7 ayda 831 terrorçunu zərərsizləşdirib.

Qazet.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Əməliyyatlar zamanı terrorçulara aid 1407 mağara dağıdılıb, 1812 partlayıcı maddə isə məhv edilib”, - məlumatda bbildirilib.