Türkiyəli futbolçu A seriyasının ən yaxşısı seçilib
İdman
18:27 07 dek, 2021
Hakan Çalhanoğlu İtaliya A seriyasının ən yaxşı futbolçusu seçilib

İtaliya A seriyasında noyabrın ən yaxşı futbolçusu müəyyənləşib.
Qazet.az xəbər verir ki, “İnter”in yarımmüdafiəçisi Hakan Çalhanoğlu bu ada layiq görülüb.
Reytinq “Stats Perform” adlı statistik məlumatlara əsasən tərtib edilib. Türkiyə millisinin üzvü ötən ay “Milan”, “Napoli”, “Venesiya” və “Speziya” ilə oyunlarda ümumilikdə 3 qol vurub, 1 məhsuldar ötürmə verib.
Çalhanoğlu A seriyasının XVII turu çərçivəsində dekabrın 12-də evdə “Kalyari” ilə keçiriləcək oyundan əvvəl mükafatını alacaq.