Türkiyəli jurnalist Ermənistanda çaxnaşma saldı - VİDEO
Türkiyəli jurnalistlər İrəvanın tam mərkəzində ermənilərin müharibədən sonrakı əhval-ruhiyyəsini öyrənərək çəkiliş aparıblar
Bu günlərdə Türkiyənin "Anadolu” agentliyi Ermənistanın paytaxtı İrəvandan reportaj hazırlayıb. Türkiyəli jurnalistlər İrəvanın tam mərkəzində ermənilərin müharibədən sonrakı əhval-ruhiyyəsini öyrənərək çəkiliş aparıblar.
Qazet.az xəbər verir ki, hesabatda qeyd olunub ki, Ermənistan vətəndaşları özlərini bərbad hiss edirlər.
Reportajın Azərbaycan İctimai Televiziyasında göstərilməsi erməniləri daha da qəzəbləndirib.
Bu kadrlar və ümumiyyətlə, türk jurnalistlərin İrəvanda olması faktının özü erməni cəmiyyətində çaxnaşma yaradıb.
"Lraber” informasiya-analitik agentliyi Ermənistan Xarici İşlər Nazirliyindən "düşmən dövlətin jurnalistlərinin ölkəyə necə düşdüyünü” öyrənməyə çalışıb. Lakin onların sualları cavabsız qalıb.
///Virtualaz.org