Türkiyəli məşhur “Twitter”dən profil sildirdi - FOTO
Maraqlı
17:51 30 iyl, 2022
Bununla bağlı B.Akalay sosial şəbəkə hesabında paylaşım edərək izləyicilərinə xəbərdarlıq edib
Türkiyənin məşhur aktrisası Birce Akalay prokurorluğa müraciət edib.
Qazet.az xəbər verir ki, buna səbəb aktrisanın adına təxribat xarakterli paylaşımlar edən saxta “Twitter” hesabının açılması olub.
Bununla bağlı B.Akalay sosial şəbəkə hesabında paylaşım edərək izləyicilərinə xəbərdarlıq edib.
“Bədxah insanlar tərəfindən adıma açılan bu saxta hesabın mənimlə heç bir əlaqəsi yoxdur. Bu çirkin hesabla bağlı lazımi şikayətimi etmişəm”, - deyə Akalay qeyd edib.
Aktrisanın şikayətindən sonra sözügedən saxta profil “Twitter” tərəfindən silinib.