Türkiyəli məşhurlar Bakıya gələcək
Türkiyəli məşhurlar "Bakı Türk Filmlər Həftəsi" ilə əlaqədar Bakıya gələcək.
Qazet.az xəbər verir ki, aktrisalar İpek Tuzcuoğlu, Didem Balçın, aktyorlar İlker Aksum, Umut Karadağ, rejissorlar Mustafa Kara, Mehmet Altınal və Galip Günel tədbirdə yer alacaq. Nizami Kino Mərkəzində keçiriləcək gecə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycanın Mədəniyyət Nazirliyi və Bakı Yunus Emre İnstitunun təşkilatçılığı ilə dekabrın 17-21-də planlaşdırılıb.
Açılış günü rejissor Semih Kaplanoğlunun “Bağlılıq Hasan” filmi nümayiş ediləcək. Dekabrın 17-21-də “Bağlılıq Həsən”, “7-ci Koğuşda Möcüzə”, “Yaxşı ki varsan, Eren”, “Sədaqət-Müqəddəs Dava”, “Eşqin ömrü”, “Ankara yayı”, “Vida məktubu” və “Rafadan tayfa-Göbeklitepe” filmləri pulsuz nümayiş olunacaq.