Bakı 4˚C Cloudy

Türkiyəli nazir: “Ölkəmiz və Azərbaycan birgə turizm destinasiyası ola bilər”

Gündəm 19:15 24 sen, 2021

Bunu azərbaycanlı jurnalistlərə açıqlamasında Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ərsoy deyib

Türkiyəli nazir: “Ölkəmiz və Azərbaycan birgə turizm destinasiyası ola bilər”

“Azərbaycanın turizm sahəsində apardığı işləri yaxından izləyirəm və düzgün hesab edirəm. Xüsusilə, təqdimat məsələsində ölkəniz çox sürətlə irəliləyir”.

Qazet.az xəbər verir ki, bunu azərbaycanlı jurnalistlərə açıqlamasında Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ərsoy deyib.

“Azərbaycan turizm sahəsində Türkiyənin gördüyü işləri izləyir, özünə uyğunlaşdırır. İki ölkə arasında turist axınının çox olduğunu nəzərə alsaq, ABŞ və digər uzaq ölkələrdən gələnlər üçün ölkələrimiz birgə destinasiya şəklində tanıdıla bilər. Türkiyəyə gələn Azərbaycana, Azərbaycana gələn Türkiyəyə keçə bilər”, - deyə o, qeyd edib.