Türkiyəli tanınmış siyasətçi vəfat edib
Siyasət
13:48 01 okt, 2021
Bu barədə partiyanın sözçüsü Birol Aydın bildirib

Türkiyə tanınmış siyasətçi, dövlət xadimi, Səadət Partiyası Ali Məsləhət Şurasının sədri Oğuzxan Əsiltürk 86 yaşında vəfat edib.
Qazet.az xəbər verir ki, bu barədə partiyanın sözçüsü Birol Aydın bildirib.
Məlumata görə, partiyanın sədri Təməl Karamollaoğlu Oğuzxan Əsiltürkülə bağlı başsağlığı verib.
Qeyd edək ki, Oğuzxan Əsiltürk 1935-ci il mayın 25-də Malatyanın Hekimxan rayonunda anadan olub. O, Türkiyənin Daxili İşlər Nazirliyinə və Sənaye və Texnologiya Nazirliyinə rəhbərlik edib.