Türkiyənin aviadaşıyıcı gəmisi bu il istifadəyə veriləcək
Gündəm
22:11 30 iyn, 2022
“Təyyarədaşıyan gəmi tikdik”

Türkiyənin aviadaşıyıcı gəmisi bu il vəzifəsini icra etməyə başlayacaq.
"Qazet.az" xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Madrid Sammitindən sonra keçirilən mətbuat konfransı zaman deyib:
"Biz İspaniya ilə bir addım atmışıq. Təyyarədaşıyan gəmi tikdik. Gəmimiz suya salındı. Ümid edirəm ki, o da uçuşlara başlayacaq. Bu, daha çox SİHA-ların havaya qalxdığı bir təyyarə gəmisidir. 15 milyard dollardan çox ticarət dövriyyəmiz var. Məqsədimiz onu artırmaqdır"-deyə Türkiyə prezidenti bildirib.