Türkiyənin Bakıdakı səfirliyi başsağlığı verdi
Gündəm
15:28 19 dek, 2021
Türkiyənin Bakıdakı səfirliyi Azərbaycan vətəndaşları ilə bağlı başsağlığı verib

Türkiyənin Bakıdakı səfirliyi Qarsın Sarıqamış rayonunda baş verən qəza nəticəsində həlak olan Azərbaycan vətəndaşları ilə bağlı başsağlığı verib.
Qazet.az xəbər verir ki, başsağlığı mətni səfirliyin Tvitter səhifəsində yayımlanıb.
“Qarsın Sarıqamış rayonunda baş verən avtobus qəzası nəticəsində ikisi Azərbaycan vətəndaşı olmaqla 4 nəfər həlak olub. Vəfat edənlərə Allahdan rəhmət, yaxınlarına başsağlığı, yaralılara Allahdan şəfa diləyirik”, - səfirlikdən bildirilib.