Bakı 3˚C Sunny

Türkiyənin BMT-dəki daimi nümayəndəsi: Rusiyanı qərarından dönməyə çağırırıq

Gündəm 05:32 11 okt, 2022
Türkiyənin BMT-dəki daimi nümayəndəsi: Rusiyanı qərarından dönməyə çağırırıq

Türkiyənin BMT-dəki daimi nümayəndəsi Feridun Sinirlioğlu bildirib ki, Rusiya qoşunlarının Ukrayna ərazisinə kütləvi raket hücumu qəbuledilməzdir və dərin narahatlıq doğurur.

Qazet.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Sinirlioğlu BMT Baş Assambleyasının iclasında deyib: "Baş verənlər qarşısında Türkiyə Ukraynanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə güclü dəstəyini bir daha təsdiqləyir".

Türkiyəli diplomat vurğulayıb ki, Ankara Moskvanın Ukraynanın dörd bölgəsini ilhaq etmək məqsədi ilə təşkil etdiyi qeyri-legitim “referendum”u rədd edir. "Ukrayna ərazilərinin ilhaq edilməsi qərarı sülh perspektivlərini daha da təhlükə altına salacaq. Biz Rusiya Federasiyasını öz qərarından dönməyə və diplomatiyaya qayıtmağa çağırırıq", - o əlavə edib.

Sinirlioğlu həmçinin vurğulayıb ki, BMT üzvləri "münaqişələrin sülh yolu ilə həllini təmin etməyə borcludurlar".

Diplomat bildirib ki, bu həftə BMT Baş Assambleyasında səsverməyə çıxarılacaq “qanunsuz referendumları pisləyən və Rusiyanın Ukraynanın şərqini ilhaqı ilə bağlı qərar” adlı qətnamə layihəsinin çıxış edənlərdən biri də Türkiyə olacaq.