Türkiyənin energetika və təbii sərvətlər naziri: “Azərbaycan ən çox təbii qaz ehtiyatına malik ölkələrdəndir”
Gündəm
02:09 07 yan, 2023
“Türkiyə təbii qazı 15 müxtəlif mənbədən alır. İran, Azərbaycan, Rusiya ən çox təbii qaz ehtiyatına malik ölkələrdir”.
Qazet.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz deyib.
“Bir tərəfdən, Avropanın cənub-şərqində təbii qaz mərkəzi olmaq cəhdimiz var idi. Bolqarıstanda bağlanmış müqavilə ilə biz buna doğru ilk addımı atmışıq.
Xəzərin şərqindən, İraqdan və Şərqi Aralıq dənizindən qaynaqları əlavə etmək olar. Bu mənbənin daxil olduğu nöqtədə bazarın formalaşması və ticarətin formalaşması tamamilə təbiidir. Buna yerli qazını da əlavə etdikdə, xeyli böyük qaz ehtiyatlarımız olacaq”, - nazir vurğulayıb.