Türkiyənin İraqdakı hərbi bazası raket hücumuna məruz qalıb
Xəbərlər
01:46 09 okt, 2022
Türkiyənin İraqın şimalındakı hərbi bazası raket hücumuna məruz qalıb.
Qazet.az xəbər verir ki, bu barədə İraqın "Shafak News" xəbər portalı məlumat yayıb.
Mosul şəhərinin şimal-şərqindəki Başik bölgəsində yerləşən Zlikan bazasına üç raket atılıb. Bildirilir ki, onlardan ikisi düşərgənin yaxınlığına, üçüncüsü isə bazaya bitişik dağın ətəyinə düşüb.
İraq təhlükəsizlik qüvvələrinin bölmələri atəş açan qurğunun yerini müəyyənləşdirmək və hərbi obyektə raket atan cinayətkarları ələ keçirmək üçün əməliyyata başlayıb.