Türkiyənin Milli Müdafiə naziri Bakıya gəlib
Gündəm
21:33 07 noy, 2021
Türkiyə nümayəndə heyəti Zəfər Günü münasibətilə keçiriləcək bayram tədbirlərində iştirak edəcək.
Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti Bakıya gələn Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi geniş tərkibli hərbi nümayəndə heyətini qarşılayıb.
Bu barədə qazet.az Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Türkiyə nümayəndə heyəti Zəfər Günü münasibətilə keçiriləcək bayram tədbirlərində iştirak edəcək.