Türkiyənin qonşu ölkələrə ixracı 34 %-dən çox artıb
İxrac Cümhuriyyət tarixində ilk dəfə aylıq göstərici 20 milyard ABŞ dolları keçib

Bu ilin yanvar-sentyabr aylarında Türkiyənin qonşu ölkələrə (Bolqarıstan, İran, İraq, Gürcüstan, Suriya və Yunanıstan) ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 34,4 % artaraq 14,5 milyard ABŞ dollarına çatıb.
Qazet.az bu barədə “Anadolu Agentliyi”nə istinadən xəbər verir.
Məlumata görə, təkcə sentyabr ayında ölkənin ümumi ixracı illik müqayisədə 30 % artaraq 20,8 milyard ABŞ dolları olub ki, bununla da, ixrac Cümhuriyyət tarixində ilk dəfə aylıq göstərici 20 milyard ABŞ dolları keçib.
Bu ilin 9 ayında isə Türkiyənin ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 36 % artaraq 161 milyard ABŞ dollarına yüksəlib.
Hesabat dövründə Türkiyənin İraqa ixracı 6,156 milyard ABŞ dolları, Bolqarıstana 2,542 milyard ABŞ dolları, Yunanıstana 2,009 milyard ABŞ dolları, İrana 1,651 milyard ABŞ dolları, Gürcüstan 1,083 milyard ABŞ dolları və Suriyaya 1,066 milyard ABŞ dolları təşkil edib.
Qeyd edək ki, 9 ayda Türkiyə qonşu ölkələrə ən çox kimyəvi maddələr və məhsullar ixrac edib. Bu sektordan qonşu ölkələrə 2,432 milyard ABŞ dollarlıq ixrac gerçəkləşdirilib. Sözügedən sektoru 1, 839 milyard ABŞ dollarla taxıl, paxla, yağlı toxumlar və məhsulları, 1,253 milyard ABŞ dollarla polad sektoru izləyib.
Xatırladaq ki, Türkiyənin quru sərhədi baxımından 8 qonşusu var. Bunlar İran, Yunanıstan, İraq, Gürcüstan, Yunanıstan, Bolqarıstan, Azərbaycan (Naxçıvan) və Ermənistandır. Naxçıvanla bağlı heç bir məlumat olmadığı üçün hesablamaya daxil edilmir və Türkiyə ilə Ermənistan arasında birbaşa ticarət yoxdur.