Türkiyənin şimalında "qırmızı həyəcan səviyyəsi" tətbiq edilib
Torpaq sürüşməsi riski elan edilib

Türkiyənin Qara dəniz bölgəsinin mərkəzi və qərb vilayətlərində yağan güclü yağışlar nəticəsində yaşayış binalarını, müəssisə və küçələri su basıb, yollarda nəqliyyatın hərəkəti bağlanıb, körpünün uçması və sel suları faktları qeydə alınıb.
Qazet.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi, Türkiyə Fövqəladə Hallar İdarəsi (AFAD) və Meteorologiya İdarəsinin hesabatlarına istinadən məlumat verilib.
Çərşənbə gününə qədər regionda ən yüksək (qırmızı) təhlükə səviyyəsi tətbiq edilib.
Əhalinin xilas edilməsi və pis hava şəraitinin nəticələrinin aradan qaldırılması üçün 2552 xilasedici və kommunal xidmətin nümayəndələri, 826 xidməti avtomobil və digər texnika, onlarla qayıq cəlb olunub.
Meteorologiya İdarəsindən verilən məlumata görə, yağıntılar səbəbiylə ən yüksək (qırmızı) təhlükə səviyyəsi Düzce, Zonguldak, Bartın, Karabük, Kastamonu və Sinop ellərində sel və torpaq sürüşməsi riski elan edilib.
Zolquldak vilayətinin Gökçebey rayonunda 100-dən çox sakin təhlükəsiz yerə təxliyə edilib.
Karabük vilayətində leysan torpaq sürüşməsinə səbəb olub, bəzi yollarda nəqliyyatın hərəkəti dayandırılıb, daşqın zonasında təmizləmə işləri davam edir.
Rayonda bəzi müəssisələri su basıb, işçilər oradan təxliyə edilir. Su basmış evlərin sakinləri qayıqların köməyi ilə təxliyə edilir.
Qaynaq

