Türkiyənin tanınmış aktyoru çəkiliş zamanı infarkt keçirdi - FOTO
Maraqlı
06:21 26 iyn, 2022
O, təcili xəstəxanaya çatdırıldıqdan sonra serialın çəkilişləri ləğv edilib

Türkiyənin məşhur aktyoru Erkan Petekkaya serial çəkilişi zamanı infarkt keçirib.
Qazet.az-ın məlumatına görə, hadisə aktyorun “Son gün” adlı yeni serialının çəkilişi zamanı baş verib.
O, təcili xəstəxanaya çatdırıldıqdan sonra serialın çəkilişləri ləğv edilib.
Hazırda isə Petekkayanın səhhətinin yaxşı olduğu bildirilir.