Bakı 5˚C Intermittent clouds

Türkiyənin "Togg" elektromobili Las-Veqasda keçirilən sərgidə təqdim olunub

Gündəm 06:32 07 yan, 2023
Türkiyənin "Togg" elektromobili Las-Veqasda keçirilən sərgidə təqdim olunub

Türkiyənin fəxri - yerli elektromobil Togg yenidən Las-Veqasda dünyanın ən böyük texnologiya sərgilərindən birində - CES-də təqdim olunub. 

Qazet.az
xəbər verir ki, bu barədə Anadolu agentliyinin məlumatına görə, Türkiyə istehsalı olan elektrik avtomobili bu dəfə ABŞ-da yeni konseptlə təqdim edilib.

Sərgidə iştirak edən Togg qrupunun baş direktoru Gürkan Karakaş, seriyalı Togg elektrik avtomobillərinin ilk satışlarının 2023-cü ilin fevralında başlayacağını, martın sonundan etibarən avtomobili ölkə yollarında görmək mümkün olduğunu söyləyib.

“Las-Veqasdakı sərgi gücünüzü nümayiş etdirmək üçün yaxşı fürsətdir. Texnologiya nəhəngləri və istehlakçılar yeni tendensiyaları müzakirə etmək və texnologiya layihələrinin gələcəyini bölüşmək üçün buraya toplaşırlar. Diqqət etsəniz, saytımızda nə smart cihaz, nə də başqa vasitələr yoxdur. Bunun əvəzinə yeni, gələcək mobillik sənayesini ifadə edən texnologiyalar var”, - deyə Karakaş TRT Haber kanalında bildirib.

Onun sözlərinə görə, Türkiyənin yüz illiyini qeyd etmək şərəfinə şirkət müxtəlif sürprizlər hazırlayıb. Xüsusilə, 2023-cü il NFT ilə işləyən elektrik avtomobillərinin xüsusi seriyası təqdim ediləcək.

Karakaş bildirib ki, ilin sonuna qədər Türkiyənin Bursa vilayətində yerləşən avtomobil zavodu ümumilikdə 20 minə yaxın avtomobil istehsal etməyi planlaşdırır.

Şirkətin Avropada avtomobil satışı ilə bağlı planlarını şərh edən CEO bildirib ki, Togg-un bu bazara 2024-cü ilin sonuna kimi daxil olacağı gözlənilir.

Onun sözlərinə görə, şirkət həmçinin sedan tipli Togg modelini buraxmağa hazırlaşır.