Türkiyənin XİN başçısı İtaliyaya səfər edəcək
Gündəm
23:19 30 noy, 2022
![Türkiyənin XİN başçısı İtaliyaya səfər edəcək](https://qazet.az/resized/fit900x500/center/pages/127544/6ef7f070-c688-39bc-9a72-731ad5e0b504-850.jpg)
Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu 1-2 dekabr tarixlərində İtaliyanın paytaxtı Romaya səfər edəcək.
Bu barədə Qazet.az-ın yerli bürosuna Türkiyə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, səfər çərçivəsində türkiyəli nazir həmin tarixlərdə keçiriləcək 8-ci Aralıq dənizi Dialoq Forumunda iştirak edəcək.
Nazir həmçinin, dekabrın 2-də “Xüsusi Dialoq” sessiyasında çıxışı edəcək. O, regional və beynəlxalq məsələlərlə bağlı Türkiyənin xarici siyasət xəttindən bəhs edəcək.