Türkiyənin yeni PUA-sı “Baha” - Foto
Türkiyə yeni PUA-sını sınaqdan keçirib
Türkiyənin HAVELSAN şirkəti yeni pilotsuz uçuş aparatı - "Baha"nı sınaqdan keçirib.
Qazet.az xəbər verir ki, bu barədə şirkətin vitse-prezidenti Muhiddin Solmaz məlumat verib.
O bildirib ki, şaquli qalxma-enmə qabiliyyətinə malik "Baha" PUA-sı təhlükəsizlik qüvvələrinin müşayiəti ilə sərhəddə ilk sınağını uğurla başa vurub:
"Baha"nın çəkisi 30 kiloqrama bərabərdir, 5 kiloqram əlavə yük götürmə qabiliyyətinə malikdir. Bundan başqa, PUA buludlu havada da fəaliyyət göstərə bilir. Bu PUA-lar əsasən sərhəd ərazilərdə missiyalarını yerinə yetirəcəklər. "Baha" 7 min 500 fit yüksəklikdə uça, kəşfiyyat-müşahidə məqsədli görüntüləri çəkib mərkəzə ötürə bilir. Fəaliyyəti zamanı müdaxilə olunarsa, buna qarşılıq vermək qabiliyyətinə malikdir. Ümumilikdə, 2022-ci ilin ortalarında məqsədimizə nail olacağımıza əminəm".(axar.az)