Bakı 13˚C Cloudy

Türkiyəyə hücum olarsa NATO... 

Gündəm 12:31 29 iyn, 2022

“Foreign Policy” jurnalındakı məqalədə deyilir

Türkiyəyə hücum olarsa NATO... 

Türkiyə ölkəyə hücum olacağı təqdirdə NATO-nun onu müdafiə edəcəyinə şübhə edir.
 

Qazet.az xəbər verir ki, bunu Stiven Kuk “Foreign Policy” jurnalındakı məqaləsində yazıb.

“Müşahidələrimə əsasən deyə bilərəm ki, avropalıların PKK-ya münasibəti və ABŞ-ın Suriyada YPG-yə dəstəyi fonunda heç bir türk Türkiyəyə hücum ediləcəyi təqdirdə NATO-nun onu müdafiə edəcəyinə inanmır”, - o qeyd edib.

Kukun sözlərinə görə, Türkiyə ilə NATO arasındakı münasibətlərdəki soyuqluq həm də Ankaranın Rusiyanın Ukraynaya qarşı təcavüzünü pisləməkdə iştirak etmək istəməməsi ilə əlaqələndirilir:

“Türkiyə ictimaiyyəti Ukraynadakı hazırkı münaqişədə əsasən NATO-nu günahlandırır və bu, alyansa inamsızlığı göstərir”.