Bakı 7˚C Intermittent clouds

Türkiyəli fenomen həbs edildi

Gündəm 16:24 18 noy, 2022
Türkiyəli fenomen həbs edildi

Türkiyəli məşhur sosial media fenomeni Mika Can Raun 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qazet.az xəbər verir ki, əsl adı Mikayıl Can Kurnaz olan "Mika" oktyabrın 21-də "Instagram" hesabında 100 TL-ni tualetə atdığı anın videosunu paylaşıb. Onun bu hərəkəti sosial mediada reaksiyalara səbəb olub. 

Hadisədən sonra Anadolu Respublika Baş Prokurorluğu görüntülərlə bağlı araşdırmalara başlayıb. Belə ki, "Mika" haqqında "Atatürkün xatirəsini açıq şəkildə təhqir etmək" və türk lirəsini tualetə atması səbəbiylə "dövlətin suverenlik nişanələrini təhqir etmək" ittihamı ilə iddianamə hazırlanıb, tam həbs cəzası istənilib. Bu gün isə  Mikayıl Can Kurnaza qarşı istintaq tamamlanıb. O, 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.