Türkmənistanın Azərbaycandakı səfirliyində səsvermə məntəqəsi açılıb
Azərbaycanda yaşayan 18 yaşdan yuxarı bütün Türkmənistan vətəndaşlarını səsvermədə iştirak edə bilərlər
Türkmənistanda keçiriləcək prezident seçkiləri ilə bağlı bu ölkənin Azərbaycandakı səfirliyində 1 saylı səsvermə məntəqəsi açılıb.
Qazet.az xəbər verir ki, Bakı şəhəri, Cəlil Məmmədquluzadə küçəsi, ev 85/266 ünvanında yerləşən səfirlik növbədənkənar seçkilərin üçün saat 07.00-dan 19.00-dək açıq olacaq.
1 saylı məntəqədə səsvermə zəruri sanitar-epidemioloji normalara ciddi şəkildə riayət olunmaqla həyata keçirilir.
Azərbaycanda yaşayan 18 yaşdan yuxarı bütün Türkmənistan vətəndaşlarını səsvermədə iştirak edə bilərlər. Səsvermə məntəqəsinə yaxınlaşarkən Türkmənistan vətəndaşı pasportunu və ya onu əvəzedən sənədi gətirmək lazımdır.
Ətraflı məlumat üçün səsvermə məntəqəsində fəaliyyət göstərən +99412 5963527, +994502560057 telefon nömrələri ilə əlaqə saxlamaq olar.
Xatırladaq ki, Türkmənistanda prezident seçkiləri 2022-ci il martın 12-nə təyin edilib.