Türkmənistanla iqtisadi əməkdaşlıq müzakirə edildi
Biznes
12:25 29 noy, 2022
Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan ilə Türkmənistan arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın həmsədri, Türkmənistanın Nazirlər Kabinetinin sədr müavini Batır Atdayevlə görüşüb.
Qazet.az xəbər verir ki, bu barədə Mikayıl Cabbarov özünün “Twitter” hesabında yazıb.
“Görüşdə iki ölkə arasında əlaqələrin inkişafını məmnunluqla vurğuladıq və sıx münasibətlərin iqtisadi əməkdaşlığımız üçün yaratdığı imkanlar barədə danışdıq”, - deyə o qeyd edib.
🇦🇿🇹🇲 Azərbaycan Respublikası ilə Türkmənistan arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın həmsədri,
— Mikayil Jabbarov (@MikayilJabbarov) November 29, 2022
1/2