TürkPA-nın növbəti iclası sentyabrın 27-28-də Qazaxıstanda keçiriəcək
Siyasət
14:16 16 sen, 2021
TürkPA-nın baş katibi Altınbek Mamayusupov deyib
![TürkPA-nın növbəti iclası sentyabrın 27-28-də Qazaxıstanda keçiriəcək](https://qazet.az/resized/fit900x500/center/pages/25552/165ace48-3a24-4b7c-b0d7-392591856002.jpeg)
Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) onuncu plenar iclası sentyabrın 27-28-də Qazaxıstanın Türküstan şəhərində keçiriləcək.
Qazet.az APA-ya istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Məclisinin (aşağı palata) mətbuat xidməti Məclisin sədri Nurlan Niqmatulinin TürkPA-nın baş katibi Altınbek Mamayusupovla görüşünün yekunlarına dair yaydığı məlumatda bildirir.