Bakı 5˚C Mostly cloudy

Tvitter Avropada qadağan oluna bilər!

Gündəm 01:34 01 dek, 2022
Tvitter Avropada qadağan oluna bilər!

Avropa Birliyi (AB) İlon Maskı ittifaqın moderasiya kontenti ilə bağlı qaydalarına riayət etməyəcəyi təqdirdə Tvitteri bağlayacağı ilə hədələyib.

Qazet.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” məlumat yayıb.

“AB-nin rəqəmsal qanunları üzrə məsul avrokomissar Tyerri Breton Maskla videogörüş zamanı bu təhdidləri dilə gətirib. Bildirilib ki, Tvitter müəyyən edilən qaydaları pozarsa, o zaman ittifaq ərazisində fəaliyyəti qadağan oluna, yaxud qlobal dövriyyənin 6 faizə qədəri cərimə oluna bilər”, - deyə bildirilib.