Tvitterin işində nasazlıq yaranıb
Biznes
07:12 22 sen, 2021
Şəbəkəyə qoşulmaqda və mobil tətbiqin işləməsində problem mövcuddur.
Dünyanın bir çox ölkələrində tvitterin işində nasazlıqlar müşahidə olunur.
Qazet.az xəbər verir ki, bu barədə məşhur internet resurslarını izləyən “Downdetector” xidməti məlumat yayıb.
Nasazlıqlardan ən çox ABŞ, Kanada, Böyük Britaniya, Yaponiya və Fransadan olan istifadəçilər şikayət edirlər.
Şəbəkəyə qoşulmaqda və mobil tətbiqin işləməsində problem mövcuddur.