Bakı 6˚C Showers

“Twitter” “Taliban” sözçüsünün səhifəsini BLOKLADI

Gündəm 13:59 04 okt, 2021

Bloklanma səbəbi etdiyi paylaşıma görə olduğu bildirilir

“Twitter” “Taliban” sözçüsünün səhifəsini <span style="color:red">BLOKLADI</span>

"Twitter" mikrobloqlar şəbəkəsi Əfqanıstanda hakimiyyəti ələ keçirən radikal "Taliban" hərəkatının nümayəndəsi, eyni zamanda hökumətin müvəqqəti təyin edilmiş informasiya və mədəniyyət nazirinin müavini vəzifəsini tutan Zabihulla Mücahidin səhifəsinə girişi müvəqqəti olaraq məhdudlaşdırıb.

Qazet.az APA-ya istinadən xəbər verir ki, bu barədə yerli "Salam Watandar" radiosu məlumat yayıb.

Mücahidin qohumları hesaba girişdəki məhdudiyyətin Mucahidin bazar günü günorta saatlarında Kabildə İdgah məscidi yaxınlığında baş verən partlayışın təfərrüatlarını səhifəsində yerləşdirdikdən sonra ortaya çıxdığını bildiriblər.