“Twitter”dən növbəti addım
Multimedia
11:15 30 noy, 2022
“Twitter” koronavirus mövzusunda yalnış məlumatlarla bağlı siyasətini tətbiq etməyi dayandırdığını bildirib.
Qazet.az xəbər verir ki, milyarder Elon Maskın rəhbərliyi altında şirkət Covid qaydalarını pozan tvitlərə qarşı tədbir görməyi dayandırdı.
"Twitter" daha əvvəl bu ilin sentyabr ayından etibarən Covid dezinformasiyasına görə 11 mindən çox hesabı dayandırdığını bildirmişdi.
Qeyd edək ki, şirkətin yanlış məlumatlarla bağlı digər addımları "Twitter"in saytında qalır.