"Twitter"ə 150 milyon dollar cərimə
Twitter şəxsi məlumatların məxfiliyini qorumadığına görə cərimə ödəyəcək
Sosial media platforması Twitter şəxsi məlumatların məxfiliyini qorumadığına görə cərimə ödəyəcək.
Qazet.az xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyi və Federal Ticarət Komissiyasından verilən açıqlamada Twitter-in 2013-cü ilin mayından 2019-cu ilin sentyabrına qədər olan dövrdə istifadəçi məlumatlarının “məxfiliyini və təhlükəsizliyini” təmin edə bilmədiyi ortaya çıxıb.
Bildirilib ki, Twitter istifadəçi hesablarını qorumaq üçün təkcə telefon nömrələri və e-poçt ünvanlarından istifadə etməyib, həm də sözügedən dövrdə bu məlumatlardan “istifadəçilərə reklam göndərmək” üçün istifadə edib.
Platformanın Twitter ilə bağladığı razılaşmaya əsasən 150 milyon dollar cərimə ödəyəcəyi bildirilib və şirkətin istifadəçi məlumatlarının məxfiliyi üçün yeni tədbirlər görəcəyi qeyd edilib.