Bakı 26˚C Windy

Üç ayda 8,7 milyon ton neft ixrac edildi

Biznes 22:55 14 okt, 2021

Neft hasilatının artımı əsasən OPEC+ razılaşması çərçivəsində hasilata tətbiq olunan məhdudiyyətlərin nisbətən yumşaldılması ilə bağlı olub.

Üç ayda 8,7 milyon ton neft ixrac edildi

Cari ilin üçüncü rübündə ölkə üzrə 8,7 milyon tona yaxın neft, 11,3 milyard kubmetrdən artıq qaz hasil edilib.

SOCAR-dan qazet.az-a bildirilib ki, bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə neft hasilatında 6 faiz, qaz hasilatında isə 38,6 faiz artımın qeydə alınması deməkdir. Neft hasilatının artımı əsasən OPEC+ razılaşması çərçivəsində hasilata tətbiq olunan məhdudiyyətlərin nisbətən yumşaldılması ilə bağlı olub.